Tbilisidə qrup halında zorakılıq törədən şəxslər saxlanılıb

Jan 17, 2026 - 11:47
 0  27
Tbilisidə qrup halında zorakılıq törədən şəxslər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo rayon idarəsinin əməkdaşları paytaxtda baş vermiş zorakılıq faktı ilə bağlı 4 nəfəri saxlayıblar.

Xeber.ge xeber  verir ki, əməliyyat nəticəsində 1998-ci il təvəllüdlü T.T., 2000-ci il təvəllüdlü Q.T., 2005-ci il təvəllüdlü V.S. və 1997-ci il təvəllüdlü M.X. təqsirləndirilən şəxs qismində tutulublar.

İstintaqla müəyyən edilib ki, cari ilin 16 yanvar tarixində Tbilisinin Arakişvili küçəsində tərəflər arasında yaranmış mübahisə zəminində qeyd olunan şəxslər 1997-ci il təvəllüdlü M.X.-yə qarşı fiziki zorakılıq tətbiq ediblər. Hadisədən sonra təqsirləndirilən şəxslər ərazidən uzaqlaşıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (zorakılıq) maddəsi ilə istintaq başladılıb. Bu maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.