Tbilisidə qrup halında zorakılıq: 4 nəfər saxlanılıb
Tbilisi Şəhər Polis İdarəsinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma və qrup halında zorakılıq törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin 7 fevral tarixində Tbilisidə qarşılıqlı mübahisə zəminində 1990-cı il təvəllüdlü V.A.-ya qəsdən az ağır bədən xəsarəti yetirib, digər iki nəfərə - 1988-ci il təvəllüdlü P.K. və 1990-cı il təvəllüdlü Q.Z.-yə qarşı isə fiziki zorakılıq tətbiq ediblər.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq davam edir.