Tbilisidə qrup halında oğurluq və qarət edən 5 azyaşlı saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polisi Departamentinin Azyaşlıların İşləri üzrə Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda qrup halında əmələ gətirilmiş qarət və oğurluq ittihamı ilə 5 azyaşlını saxlayıb.
Saxlanılanlardan üçü əvvəllər məhkum olunub və hazırda şərti cəza çəkirlər.
XEBER.GE xeber verir ki, hüquq-mühafizə orqanları tərəfindən aparılmış istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, azyaşlılar əvvəlcədən razılaşaraq qrup halında, qanunsuz ələ keçirmə məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazalar şəbəkələrindən müxtəlif dəyərdə məhsullar oğurlayıb və hadisə yerindən qaçıblar. Həmçinin müəyyən edilib ki, təqsirləndirilənlərdən biri vətəndaşlara məxsus mopedləri qanunsuz olaraq ələ keçirib.
Azyaşlıların törətdiyi cinayət əməlləri nəticəsində müxtəlif ticarət obyektlərinə 14 000 laridən artıq maliyyə zərəri dəyib.
Cari istintaq çərçivəsində aparılmış axtarışlar nəticəsində ticarət obyektlərinin müşahidə kameralarının qeydləri götürülüb ki, bu da təqsirləndirilənlərin cinayət əməllərini təsdiqləyir. Polis əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində beş azyaşlının hamısını məhkəmənin qərarı əsasında təqsirləndirilən statusunda saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 178-ci və 177-ci maddələri ilə aparılır ki, bu da 8 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.