Tbilisidə qənci bıçaqlayıb qaçan 2 nəfər "isti izlərlə" tutuldu
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən operativ əməliyyat nəticəsində qəsdən adam öldürməyə cəhd, qrup şəklində zorakılıq törətmə və xüsusilə ağır cinayəti gizlətməkdə ittiham olunan 2 nəfər saxlanılıb.
XEBER.GE xəbər verir ki, nazirliyin yaydığı rəsmi məlumata görə, aparılan istintaqla müəyyən edilib ki, paytaxt Tbilisidə tərəflər arasında baş verən mübahisə zəminində təqsirləndirilən şəxslər gənc bir kişiyə qarşı fiziki zorakılıq tətbiq ediblər.
Qarşıdurma zamanı ittiham olunan şəxslərdən biri soyuq silahla gəncə ağır xəsarətlər yetirib, daha sonra isə hər iki şəxs hadisə yerindən qaçaraq gizlənib.
Yaralı gənc dərhal təcili tibbi yardım vasitəsilə lazımi müalicə bərpa olunması üçün klinikaya çatdırılıb.
DİN-in bəyanatında qeyd olunur ki, hadisə ilə bağlı keçirilən təxirəsalınmaz əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətdə iştirak edən hər iki şəxsi "isti izlərlə" yaxalayaraq həbs ediblər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108 (qəsdən adam öldürməyə cəhd), 126 (zorakılıq) və 375-ci (cinayəti gizlətmə) maddələri ilə cinayət işi açılıb. Bu maddələr üzrə saxlanılan şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.