Tbilisidə parkda xarici turistləri qarət edən keçmiş məhkum tutuldu

Aug 20, 2026 - 11:31
 0  22
Tbilisidə parkda xarici turistləri qarət edən keçmiş məhkum tutuldu

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları quldurluq ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidəki parklardan birində soyuq silah nümayiş etdirərək və hədə-qorxu gələrək iki xarici ölkə vətəndaşına məxsus mobil telefonları qanunsuz olaraq mənimsəyib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsi isti izlərlə saxlayıblar. Polis təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi telefonları maddi sübut kimi götürüb.

İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə aparılır ki, bu da 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.