Tbilisidə narkotik şəbəkəsi ifşa olunub: 19 yaşlı gənc həmyaşıdını "kuryerliyə" məcbur edib
Gürcüstan paytaxtında narkotik vasitələrin qanunsuz dövriyyəsi və insan azadlığına qarşı törədilən ağır cinayətin üstü açılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, saxlanılan L.B. narkotik ticarəti şəbəkəsinə cəlb olunub və o, 2006-cı il təvəllüdlü S.A.-nı müxtəlif növ narkotik vasitələri şəhərin fərqli nöqtələrinə yerləşdirməyə ("zakladka") məcbur edib.
Məlumata görə, təqsirləndirilən şəxs "kuryerlik" tapşırıqlarını yerinə yetirməkdən imtina edən S.A.-nı ölümlə hədələyib. İstintaq materiallarına əsasən, L.B. zərərçəkmişin mobil telefonuna qanunsuz çıxış əldə edərək onun hərəkət trayektoriyasını daim nəzarətdə saxlayıb. S.A. tabe olmadığı təqdirdə isə ona qarşı sistemli şəkildə fiziki zorakılıq tətbiq edib.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi kompleks əməliyyat nəticəsində şübhəli şəxs qismində saxlanılan L.B.-yə qarşı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb:
- Maddə 260 (tersiya): Narkotik vasitələrin qanunsuz satışı;
- Maddə 126: Zorakılıq;
- Maddə 151: Ölüm hədəsi.
Bu maddələr üzrə təqsirləndirilən şəxsi 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda istintaq tədbirləri davam etdirilir.