Axmetada dəhşətli cinayət: 67 yaşlı kişi azyaşlı ailə üzvünü zorlamaqda ittiham olunur
Gürcüstanın Axmeta bələdiyyəsində azyaşlıya qarşı cinsi zorakılıq və fiziki işgəncə faktı üzrə ağır cinayət işi açılıb.
Xeber.ge xəbər verir ki,
İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, 1959-cu il təvəllüdlü R.M. Axmeta bələdiyyəsinin kəndlərindən birində ailə üzvü olan 2012-ci il təvəllüdlü (14 yaşlı) N.Ç.-yə qarşı onun iradəsinin ziddinə olaraq dəfələrlə cinsi zorakılıq tətbiq edib.
Məlumata görə, təqsirləndirilən şəxs azyaşlını soyuq silahla öldürəcəyi ilə hədələyərək sükut saxlamağa məcbur edib. Eyni zamanda, R.M.-nin azyaşlıya qarşı sistemli şəkildə fiziki zorakılıq tətbiq etdiyi və ona ağır işgəncələr verdiyi sübuta yetirilib.
DİN-in Kaxeti Polis Departamentinin Axmeta rayon idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində R.M. şübhəli şəxs qismində yaxalanıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi başladılıb:
- 11 (prim) 137-ci maddə: Ailə üzvünə qarşı zorlama;
- 11 (prim) 126-cı maddə: Ailədaxili zorakılıq;
- 11 (prim) 151-ci maddə: Ölüm hədəsi.
Bu maddələr üzrə təqsirləndirilən şəxsi 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.