ABŞ aviadaşıyıcısı İrana qarşı əməliyyatlardan çəkilir
ABŞ-nin göyərtəsində yanğın baş vermiş "USS Gerald R. Ford" aviadaşıyıcısı gələn həftə NATO-nun Krit adasındakı hərbi dəniz bazasına qayıdacaq.
Xeber.ge xəbər verir ki,
Mənbənin sözlərinə görə, gəmi yanacaq doldurmaq və aviadaşıyıcının camaşırxanasında baş vermiş yanğının səbəblərini araşdırmaq üçün bazaya yola düşəcək.
Nəşrin yazdığına görə, nəzərdən keçirilən ssenarilərdən biri ekipaj üzvlərinin Yaxın Şərqdəki eskalasiya səbəbindən gəminin uzunmüddətli missiyasını dayandırmaq üçün qəsdən yanğın törətməsini ehtimal edir.
Xatırladaq ki, martın 12-də Qırmızı dənizdə olan "USS Gerald R. Ford" aviadaşıyıcısının camaşırxanasında yanğın başlayıb. İki dənizçi xəsarət alıb. Yanğın 30 saatdan çox davam edib.
mənbə: oxu.az