Tbilisidə mikroavtobusda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs saxlanılıb
Gürcüstanın paytaxtında azyaşlıya qarşı törədilmiş ağır cinayətin üstü açılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs mikroavtobusda sərnişin kimi hərəkət edərkən yanında olan 2012-ci il təvəllüdlü (14 yaşlı) qız uşağına qarşı əxlaqsız hərəkətlər edib.
Hüquq-mühafizə orqanlarının araşdırması zamanı məlum olub ki, 44 yaşlı S.S. əvvəllər dəfələrlə məhkum olunub və hazırda digər cinayətlərə görə şərti cəza altındadır.
Polisin keçirdiyi operativ tədbirlər nəticəsində şübhəli şəxs qısa müddətdə müəyyən edilərək istintaqa cəlb olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsi (Azyaşlıya qarşı törədilmiş əxlaqsız hərəkətlər) ilə cinayət işi başlanılıb.
Bu maddə üzrə təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsi 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Nəzərə alsaq ki, şəxs şərti cəza rejimindədir, onun cəzasının daha da ağırlaşdırılacağı istisna edilmir.