Qurcaanidə ağır cinayət: ABŞ-dan yeni qayıdan şəxs qətlə yetirilib
Gürcüstanın Qurcaani bələdiyyəsində odlu silahdan açılan atəş nəticəsində 40 yaşlı kişi qətlə yetirilib.
Bu barədə məlumatı "Mtavari Ambebi Kaxetidan" nəşri yayıb.
Xeber.ge xeber verir ki,
Hadisənin təfərrüatları: Yerli sakinlər bildiriblər ki, həmin şəxs öz yaşayış evindən kəndin yaxınlığındakı üzümlük istiqamətinə aparılıb və orada ona atəş açılıb.
Məktulun kimliyi: Verilən məlumata görə, qətlə yetirilən şəxs uzun illər Amerika Birləşmiş Ştatlarında yaşayıb. O, cəmi bir neçə ay əvvəl doğma kəndinə geri qayıdıbmış.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.