Gürcüstanda külli miqdarda saxta valyuta satan xarici vətəndaş saxlanılıb

May 6, 2026 - 15:04
 0  88
Gürcüstanda külli miqdarda saxta valyuta satan xarici vətəndaş saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti külli miqdarda saxta pulun dövriyyəyə buraxılması faktı üzrə əməliyyat keçirib.

Əməliyyat nəticəsində xarici ölkə vətəndaşı saxlanılıb.

 Xeber.ge xəbər verir ki, istintaq prosesi zamanı bir sıra faktlar aşkarlanıb:

Təqsirləndirilən şəxs qanunsuz maddi mənfəət əldə etmək məqsədilə Samtsxe-Cavaxeti regionunda saxta valyuta satışı həyata keçirib.

Saxlanılan şəxs tərəfindən ümumilikdə 10 000 ABŞ dolları məbləğində 100 ədəd 100 dollarlıq saxta əskinas və 350 avro məbləğində saxta pul dövriyyəyə buraxılıb.

İstintaq tədbirləri nəticəsində saxta əskinasların hamısı tam şəkildə müsadirə edilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin ikinci hissəsi (külli miqdarda saxta pulun satışı) ilə istintaq aparılır. Bu maddə üzrə təqsirləndirilən şəxsi 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.