Tbilisidə mağaza qarət edən yeniyetmə saxlanılıb

Feb 12, 2026 - 11:57
 0  10
Tbilisidə mağaza qarət edən yeniyetmə saxlanılıb

Tbilisi Şəhər Polis İdarəsinin əməkdaşları paytaxtda mağazadan soyğunçuluq etməkdə şübhəli bilinən şəxsi yaxalayıblar.

Xeber.ge xeber verir ki Gürcüstan Daxili İşlər Nazirliyi  bildirir ki, saxlanılan şəxs 16 yaşlı L.Q.-dir. Araşdırmalar zamanı məlum olub ki, yeniyetmə hazırda şərti məhkumluq həyatı yaşayır.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə yerləşən mağazaların birinə qanunsuz daxil olaraq müxtəlif əşyaları ələ keçirib və hadisə yerindən qaçıb. Polis əməliyyat-axtarış tədbirləri nəticəsində onu qısa müddətdə müəyyən edərək saxlayıb.

Faktla bağlı istintaq aparılır. Törədilən cinayət əməli Gürcüstan qanunvericiliyinə əsasən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.