Tbilisidə gecə saatlarında atışma baş verib
 
                    Tbilisinin Didube rayonunda, Aqladze küçəsində gecə saatlarında dava və atışma baş verib.
Hadisə anını əks etdirən görüntülər artıq sosial şəbəkələrdə yayılıb.
Videoda 10-dan çox gənc görünür, lakin onların arasında baş vermiş qarşıdurmanın səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı DİN hələlik rəsmi açıqlama verməyib.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            