Tbilisidə avtomobil qaçıran şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən oğurluq faktı üzrə əməliyyat keçirilib.
Xeber.ge xəbər verir ki,
DİN-in rəsmi məlumatında bildirilir ki, istintaqla saxlanılan şəxsin Tbilisidə özgə əmlakını qanunsuz mənimsəmək məqsədilə gizli şəkildə avtomobil qaçırdığı və hadisə yerindən uzaqlaşdığı müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxs qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə cinayət işi başlanılıb.
Törədilən cinayət əməlinə görə saxlanılan şəxsi 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.