Tbilisidə atışma: Vaziubanı qəsəbəsində bir nəfər yaralanıb

Apr 4, 2026 - 22:34
 0  28
Tbilisidə atışma: Vaziubanı qəsəbəsində bir nəfər yaralanıb

Gürcüstanın paytaxtı Tbilisidə odlu silahdan atəş açılması nəticəsində bir nəfər xəsarət alıb.

Xeber.ge xeber  verir ki, hadisə bir neçə saat əvvəl şəhərin Vaziubanı rayonunda baş verib. İlkin məlumatlara əsasən, naməlum şəxs və ya şəxslər odlu silahdan atəş açaraq bir nəfəri yaralayıblar.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti barədə hələlik rəsmi məlumat yoxdur.

  Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq başladılıb.

Hazırda hadisə yerində kriminalistlər işləyir, cinayəti törədən şəxsin şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.