Tbilisidə atışma baş verdi - Yaralı var

Dec 26, 2024 - 16:45
 0  125
Tbilisidə atışma baş verdi - Yaralı var

Tbilisinin Dolidze küçəsində atışma olub.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Məlumata görə, xəsarət alan şəxs tibb müəssisəsindədir. Hadisə təxminən 3-4 saat əvvəl baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma 117-ci və 236-cı (qanunsuz olaraq odlu silah əldə etmə və saxlama) maddələri ilə istintaq başlayıb.

mənbə: interpress