BGMİ-nin Şeyxi Azərbaycan xalqına başsağlığı verdi

Cari ilin 25 dekabr tarixində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev bir qrup ruhani ilə birlikdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyini ziyarət edib və “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində açılmış başsağlığı kitabını imzalayıb.