Tbilisidə ailə münaqişəsi qanlı insidentlə nəticələndi: iki qardaş bıçaqlandı- Video
Tbilisinin Varketili rayonunda ər-arvad arasında başlayan mübahisə qarşıdurmaya və iki nəfərin bıçaqlanmasına səbəb olub. Qadının qohumları əvvəlcə kürəkənini və onun qardaşını döyüb, daha sonra isə bıçaqlayıblar. Yaralılar 23 və 35 yaşlı qardaşlardır.
XEBER.GE xeber verir ki, Yerli sakinlərin sözlərinə görə, əlbəyaxa davada təxminən 10 nəfər iştirak edib.
Sakinlərdən biri bildirib ki, hadisə axşam saat 8–9 radələrində baş verib. Mübahisə və səs-küy təxminən 20 dəqiqə davam edib, daha sonra iki nəfərin yaralandığı məlum olub. Onun sözlərinə görə, yaralıların vəziyyəti stabilləşib və onlar sağ qalıblar. Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadası gəlib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qardaşları bıçaqlamaqda ittiham olunan 19 yaşlı şəxs saxlanılıb. Onun daha iki əlbiri isə qrup halında zorakılıq törətməkdə ittiham olunur.