Tbilisidə 11 milyonluq mənzil fırıldağı...

Jun 19, 2025 - 14:47
 0  17
Tbilisidə 11 milyonluq mənzil fırıldağı...

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində dələduzluqda ittiham olunan 1994-cü il təvəllüdlü A. Ts. barəsində məhkəmə qərarı əsasında həbs qərarı çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayıb

İstintaq müəyyən edib ki, A.Ç. və 1986-cı il təvəllüdlü məhkum D.Ç. 2020-2024-cü illər ərzində “Sektor 7” adlı tikinti şirkətinin rəhbərləri qismində vətəndaşlarla müqavilələr bağlayaraq tikilməkdə olan yaşayış binasında mənzilləri satıblar. Lakin vətəndaşlardan aldıqları məbləğə baxmayaraq, nə tikintini başa çatdırıblar, nə də mənzilləri mülkiyyətə veriblər.

Bu faktla bağlı ümumilikdə 161 vətəndaş zərərçəkən kimi tanınıb, ümumi ziyan 11 milyon lariyə çatır.

Hüquq-mühafizə orqanları A.Ç.-ni təqsirləndirilən şəxs kimi həbs edib. Hazırda cəza çəkən D.Ç.-yə isə əlavə ittiham irəli sürüləcək.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Bu maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress