Tbilisi-Marneuli yolunda minik və yük avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb
Tbilisi-Marneuli yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
XEBER.GE xeber verir ki, DİN "Tabula" nəşrinə məlumatı təsdiqləyib.
Mövcud məlumata görə, Marabda yaxınlığındakı yol sahəsində minik avtomobili ilə yük maşını toqquşub.
DİN-in məlumatına görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin nəqliyyat hərəkəti və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq başladılıb.