Tamaz Elizbaraşvili evində saxlanıldı

Sep 1, 2026 - 22:01
 0  44
Tamaz Elizbaraşvili evində saxlanıldı

Tamaz Elizbaraşvili saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ona öz mənzilində qandal vurublar.

Hadisə yerində səs-küy yaranıb.

XEBER.GE xeber  verir ki, buna qədər onun mənzilində axtarış əməliyyatı aparılırdı. Məlum olduğu kimi, hüquq-mühafizə orqanları silah axtarırdılar. Eyni səbəbdən onun avtomobilində də axtarış aparılıb.

"Pirvelebi"yə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tamaz Elizbaraşviliyə qarşı istintaq Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu gəlmə) və 236-cı (odlu silahı qanunsuz olaraq əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə aparılır.