Tənqidi televiziyalara senzura tətbiqi İvanişvilinin Rusiyaya bənzər növbəti addımıdır

Jun 4, 2025 - 12:41
 0  17
Tənqidi televiziyalara senzura tətbiqi İvanişvilinin Rusiyaya bənzər növbəti addımıdır

Tənqidi mövqedə olan iki televiziya kanalına qarşı senzura tətbiqi İvanişvilinin rejiminin Rusiyanın direktivlərinə əməl etməsinin növbəti addımıdır.

Bu barədə Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili “X”-də yayımladığı açıqlamada bildirib.

“Qalan iki tənqidi televiziya kanalına senzura tətbiqi – bu, ağır cərimələrə və yayım lisenziyalarının dayandırılmasına zəmin yaradan addımdır. Bu, İvanişvilinin rejiminin Rusiyaya bənzər və onun direktivlərinə tabe olan daha bir yeni addımıdır. ABŞ və Aİ-ni reaksiyaya çağırıram!”, – deyə Zurabişvili qeyd edib.

mənbə: interpress