Tək yaşayan 75 yaşlı qadını bağlayaraq 7 min lari və qızıllarını apardılar

Sep 14, 2026 - 19:22
 0  8
Tək yaşayan 75 yaşlı qadını bağlayaraq 7 min lari və qızıllarını apardılar
: :
playing

Telavi bələdiyyəsinin Vanta kəndində təqaüdçü qadın soyğunçuluğun qurbanı olub – "TV Pirveli" telekanalına daxil olan məlumata görə, tək yaşayan 75 yaşlı qadının evinə iki maskalı şəxs soxulub.

XEBER.GE xeber  verir ki, məlum olur ki, hücum edənlər qadını bağlayıb və məcburi qaydada pulu və qiymətli əşyaları harada saxladığını dediriblər. Nəticədə onlar 7000 lariyə yaxın nağd pulu, qızıl-zinət əşyalarını və mobil telefonunu aparmağa nail olublar.

DİN-dən "TV Pirveli"yə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (soyğunçuluq) maddəsi ilə istintaq başlanıb.

Məlumatımıza görə, hücum edənlər hələlik saxlanılmayıblar.

Vanta kəndində baş vermiş hadisə barədə məlumatı ilk olaraq "Mtavari Ambebi Kaxetidan" nəşri yayıb.