Sürücülük vəsiqəsi olmayan şəxs 4 turistin ölümünə sebəb oldu

Aug 14, 2026 - 21:41
 0  19
Sürücülük vəsiqəsi olmayan şəxs 4 turistin ölümünə sebəb oldu

Gürcüstan Prokurorluğu Ozurqeti bələdiyyəsinin Qomis Mta qəsəbəsi yolunda dörd nəfərin ölümü ilə nəticələnən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə bir nəfərə (sürücüyə) ittiham irəli sürüb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Prokurorluq yayır.

İstintaqın bildirdiyinə görə, mikroavtobus sürücüsünün bu sayda sərnişin daşımaq üçün müvafiq sürücülük vəsiqəsi kateqoriyası olmayıb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, avqustun 12-də Ozurqeti bələdiyyəsinin Qomis Mta qəsəbəsi yolunun 16-cı kilometrində hərəkətdə olarkən mikroavtobus sürücüsü — hansının ki, bu sayda sərnişin daşımaq üçün müvafiq sürücülük vəsiqəsi kateqoriyası yox idi və buna baxmayaraq xarici turistləri daşıyırdı — avtomobilin təhlükəsiz idarəetməsini təmin edə bilməyərək yolun hərəkət hissəsindən çıxıb, dərəyə aşıb və ağaca çırpılıb. Nəticədə avtomobilin 4 sərnişini vəfat edib, mikroavtobusun 16 sərnişini isə çoxsaylı bədən xəsarətləri alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin sürücüsünü saxlayıblar. Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci hissəsi ilə (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən hərəkət təhlükəsizliyi qaydalarının pozulması, ikidən çox şəxsin ölümünə səbəb olma) ittiham irəli sürülüb ki, bu da cəza olaraq 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.