Tbilisidə güclü yağış: Metrolar və küçələr su altında qaldı, sakinləri təxliyə etdilər-VİDEO

Aug 15, 2026 - 12:27
Aug 15, 2026 - 12:31
 0  8

Tbilisi Meriyası paytaxtda baş verən subasma ilə bağlı bəyanat yayaraq bildirir ki, intensiv yağıntılar "müəyyən problemlər yaradıb."

XEBER.GE xeber  verir ki, meriyanın məlumatına görə, bütün problemli ərazilərə Fövqəladə Halların İdarə Olunması Xidməti və Patrul Polisi səfərbər edilib.

"Hazırkı məlumatlara görə, güclü yağış nəticəsində küçələr, zirzəmilər, eləcə də "Rustaveli" və "Vaja-Pşavela" metro stansiyaları su altında qalıb.

Xüsusilə böyük həcmdə yağıntı Tamarakaşvili prospektində müşahid olunub.

Saburtalo rayonunda, Çikovani küçəsində qaz kəməri zədələnib, bu səbəbdən yaxınlıqdakı binanın sakinləri təxliyə olunub. Hazırda şəbəkənin bərpası işləri aparılır.

Tbilisi Meriyasının müvafiq xidmətləri, eləcə də paytaxtın rayon icra hakimiyyətləri (qamqeobaları) fövqəladə rejimdə çalışırlar.

"Tbilservice Group" tərəfindən yollar təmizlənir və küçələr sahmana salınır."