Şükrüt mədəninin direktoruna fiziki hücum edilib

Apr 29, 2025 - 14:26
 0  34
Şükrüt mədəninin direktoruna fiziki hücum edilib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İmereti bölgəsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən 4 nəfər saxlanılıb. Onlar 1991-ci il təvəllüdlü G.N., 1990-cı il təvəllüdlü M.S., 1985-ci il təvəllüdlü A.Ç. və 1989-cu il təvəllüdlü T.Q.-dır.

Cinayət 6 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Çiatura bələdiyyəsində yerləşən Şükrüti mədəninin 

direktoru 1982-ci il təvəllüdlü T.K.-ya fiziki hücum edərək, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər.

Təcili tibbi yardım əməkdaşları T.K.-nı xəstəxanaya yerləşdirib və ona müvafiq tibbi yardım göstərilib", - məlumatda deyilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanları hadisədən bir neçə saat sonra isti izlərlə həyata keçirdiyi istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxsləri saxlayıb. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 118-ci maddəsinin 2-ci bəndi ilə aparılır. Həmin maddə qəsdən sağlamlığa az ağır zərər vurmanı nəzərdə tutur.

mənbə: marneulifm