Şio Muciri Gürcüstanın 142-ci Patriarxı oldu – Səsvermənin detalları

May 11, 2026 - 16:24
 0  9
Şio Muciri Gürcüstanın 142-ci Patriarxı oldu – Səsvermənin detalları

Gürcüstan Pravoslav Kilsəsinin yeni rəhbərinin seçilməsi ilə bağlı keçirilən genişləndirilmiş yığıncaq başa çatıb.

 Xeber.ge xəbər verir ki, Senaki və Çxorotsku mitropoliti Şio (dünyəvi adı Elizbar Teimurazoviç Muciri) Gürcüstanın 142-ci Patriarxı seçilib.

  Müqəddəs Sinodun 39 üzvünün iştirak etdiyi səsvermədə səslər aşağıdakı qaydada bölünüb:

Mitropolit Şio (Muciri): 22 səs

Mrovel-Urbneli mitropoliti İobi (Akiaşvili): 9 səs

Poti və Xobi mitropoliti Qriqol (Berbiçaşvili): 7 səs

Ləğv edilmiş səs: 1 ədəd

Yeni kilsə rəhbərinin seçildiyi genişləndirilmiş şurada 1200-ə yaxın nümayəndə iştirak edib. Nümayəndə heyətinin tərkibinə həm ali rütbəli din xadimləri, həm də dünyəvi şəxslər daxil olub.

  57 yaşlı Mitropolit Şio uzun müddətdir ki, kilsə iyerarxiyasında mühüm vəzifələr tutub və Patriarxın taxt-tacının hamisi vəzifəsini icra edib.

O, rəsmi olaraq Gürcüstanın 142-ci ali dini rəhbəri kimi fəaliyyətə başlayacaq.