Seçki günü seçki məntəqəsində şəxsiyyət vəsiqəsi tələb etmək qadağan olunur

Apr 4, 2025 - 20:41
Apr 4, 2025 - 20:50
 0  35
Seçki günü seçki məntəqəsində şəxsiyyət vəsiqəsi tələb etmək qadağan olunur

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) yeni qərarına əsasən, seçki günü səsvermə binasında iştirak hüququ olan şəxslər üçün bir sıra məhdudiyyətlər tətbiq olunur.

Bu barədə MSK bəyanat yayıb.

Yeniliyə görə, seçicidən şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb etmək və ya ondan sənədi almaq qadağan edilir.

Qərar “Elektron vasitələrlə səsvermənin keçirilməsi qaydaları və şərtlərinin müəyyən edilməsi haqqında” sənəddə əksini tapıb. MSK yayımladığı bəyanatda bildirir ki, bu dəyişikliklər seçicilərin şəxsi məlumatlarının və verdikləri seçimin məxfiliyinin qorunması məqsədi daşıyır və “Seçki Məcəlləsi” ilə nəzərdə tutulan heç bir hüququ məhdudlaşdırmır.

MSK-nın izahına görə, dəyişikliklərə əsasən, aşağıdakılar qadağan edilir:

 

  • Seçki otağında seçicinin hərəkətinin fiziki olaraq məhdudlaşdırılması;
  • Seçicinin şəxsiyyət vəsiqəsinin təqdim edilməsinin tələb olunması və ya ondan alınması;
  • Seçicinin şəxsiyyət vəsiqəsinin, verifikasiya aparatında göstərilən seçici məlumatlarının, həmin aparatdan çap olunan verifikasiya qəbzinin, habelə seçicinin bülletendə etdiyi seçimin foto və ya video çəkilişi və ya başqa formada emalı.

MSK vurğulayır ki, “Seçki Məcəlləsi” seçicilərin şəxsi məlumatlarının işlənməsini və ya yayılmasını hər zaman qadağan edirdi. Bu baxımdan, seçici siyahılarının iki versiyası mövcuddur – biri ictimaiyyətə açıq versiya, digəri isə komissiya üçün nəzərdə tutulan tam versiya. Sonuncu versiya ictimai məlumat deyil və onun çəkilməsi və ya emalı qanunla əvvəldən də qadağan olunmuşdu.

MSK həmçinin qeyd edir ki, müşahidəçilərin hüquqları “Seçki Məcəlləsinin” 41-ci maddəsində tam şəkildə müəyyən olunub və bu hüquqlar MSK-nın qərarı ilə nə məhdudlaşdırılıb, nə də məhdudlaşdırıla bilər.

MSK bəyan edir ki, bu qərarın tənqidçiləri ya mövcud qanunvericiliyi yetərincə tanımırlar, ya da bilərəkdən təhrif etməyə çalışırlar. Seçki prosedurlarına və seçici məlumatlarına dair ötən seçkilərdə yaşanan bir sıra insidentlər fonunda MSK bu qərarlarla yalnız şəffaflığı və məxfiliyi təmin etməyə çalışır.

MSK-nın açıqlamasında bildirilir ki, bəzi siyasi maraqlı şəxslərin sosial şəbəkələrdə dezinformasiya yayaraq, bunun üzərindən manipulyativ təsəvvürlər formalaşdırmağa və bəzi qərəzli QHT-lər və media qurumları vasitəsilə seçki administrasiyasını gözdən salmağa çalışdıqları aydın görünür.

MSK bəyan edir ki, seçki qanunvericiliyinə ciddi şəkildə əməl edəcək və seçicilərin yanlış məlumatlandırılmasına, yaxud seçki prosesi ilə bağlı manipulyativ təsəvvürlərin yaradılmasına imkan verməyəcək.

mənbə: interpress