Saxta vergi sənədlərinə görə iki nəfər saxlanıldı
Vergi sənədlərinin hazırlanması və satışı faktı ilə bağlı iki nəfər saxlanılıb.
XEBER.GE xeber verir ki, bu barədə Gürcüstan Maliyyə Xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə onlardan birinin adına qeydiyyatdan keçmiş şirkət vasitəsilə 176 000 lari dəyərində polietilen qutuların guya təhvil verilməsini əks etdirən saxta əmtəə qaimələri və vergi hesab-fakturası hazırlayaraq dövriyyəyə buraxıblar.
Bu əməlin müqabilində onlar qanunsuz olaraq 49 300 lari tələb edib alıblar.
Təqsirləndirilən şəxsləri 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.