Narkotik cinayətlərinə görə 4 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları Gldani-Nadzaladevi, Vake-Saburtalo və Isani-Samgori idarələrinin ərazilərində keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik cinayətlərdə şübhəli bilinən 4 nəfəri saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
Şura Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər – 1996-cı il təvəllüdlü S.A., 1988-ci il təvəllüdlü N.V., əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü İ.E. və 1989-cu il təvəllüdlü V.K. – böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, qanunsuz dövriyyəyə çıxarılmasına yardım göstərilməsi, habelə həkim təyinatı olmadan istifadəsi ilə bağlı ittiham olunur.
İstintaqın məlumatına görə, saxlanılanların üzərində və mənzillərində aparılan axtarış zamanı satış üçün hazırlanmış külli miqdarda narkotik vasitələr – “alfa-PVP”, “metadon” və qurudulmuş marixuana götürülüb.
Qanunvericiliyə əsasən, bu əməllər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı¹ və 273-cü maddələri ilə istintaq aparılır.
mənbə: interpress