"Salome Zurabişvili ilə birlikdə olan qrup yerli seçkiləri pozmağa hazırlaşır"

Jun 18, 2025 - 22:52
 0  13
"Salome Zurabişvili ilə birlikdə olan qrup yerli seçkiləri pozmağa hazırlaşır"

"Salome Zurabişvili ilə birlikdə olan qrup yerli özünüidarəetmə seçkilərinin pozulmasına hazırlaşır."

Bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyanın bir naziri Salome Zurabişvili ilə əl sıxmaqla “ekstremist gündəmi” təşviq edir. Papuaşvili qeyd edib ki, “bu qrupla əməkdaşlıq edən, ona pul verən, əl sıxan və salon xarakterli münasibət quran hər kəs demokratik institutlara hücumu təşviq edir və ekstremist gündəmin iştirakçısıdır”.

“Bu gün xanım Salome Zurabişvilinin Böyük Britaniyadan bir nazirə əl verdiyini gördük. Həmin nazirin əl sıxdığı qrup bu gün yerli seçkilərin pozulmasına hazırlaşır. Bizim Böyük Britaniya ilə strateji tərəfdaşlıq sazişimizin 4-cü maddəsində göstərilir ki, tərəflər demokratik institutların səmərəliliyinin və sabitliyinin təmin olunması üçün çalışmalıdır. Seçkiləri, qanunları tanımayan, demokratik institutları qəbul etməyən, ekstremist gündəmə sahib bir şəxsə əl sıxırsansa, deməli, həmin ekstremist gündəmi dəstəkləyirsən. Bu qrup artıq açıq şəkildə bəyan edib ki, məqsədi yerli seçkilərin legitimliyinə və fiziki baxımdan pozulmasına yönəlib. Onlarla əməkdaşlıq edən, maliyyə dəstəyi göstərən, əl sıxan, münasibət quran hər kəs bu hücumların iştirakçısıdır”, – deyə Şalva Papuaşvili vurğulayıb.

mənbə: marneulifm