Şair Zviad Ratiyani saxlanılıb – onu 4 ildən 7 ilə qədər həbs gözləyə bilər
 
                                Şair Zviad Ratiyani polis əməkdaşına hücumda ittiham olunaraq cinayət məsuliyyəti ilə saxlanılıb – bu barədə məlumatı  Gürcüstan Daxili İşlər Nazirliyi təsdiqləyib.
Qurumun izahına görə, Ratiyani Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə saxlanılıb, bu maddə polisə hücumu nəzərdə tutur.
Həmin maddənin birinci hissəsi 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Ratiyaniyə hələlik rəsmi ittiham irəli sürülməyib, bu səbəbdən hansı bəndlə ittiham olunacağı dəqiqləşdirilməyib.
Zviad Ratiyani iyunun 23-də parlament qarşısında keçirilən aksiyada saxlanılıb.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            