Şəxsi həyatın sirrini əks etdirən fotoları qanunsuz yayan şəxs saxlanıldı
Prokurorluq şəxsi həyatın sirrini pozma ittihamı ilə bir nəfəri saxlayıb.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkənin şəxsi həyatının sirrini əks etdirən fotoşəkilləri qanunsuz olaraq əldə edib və mobil telefonunda saxlayıb, daha sonra onları sosial şəbəkə vasitəsilə qanunsuz olaraq bir neçə şəxsə göndərib", — Prokurorluq bəyan edir.
Təqsirləndirilən şəxs bu il avqustun 14-də saxlanılıb. Ona Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin 1-ci hissəsi ilə (şəxsi həyatın sirrini qanunsuz əldə etmə, saxlama və yayma) ittiham irəli sürüləcək ki, bu da cəza olaraq 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.