Şəxsi həyata aid videonu qanunsuz yayan şəxs saxlanılıb
Gürcüstan Prokurorluğunun məlumatına görə, şəxsi həyatın sirrinin pozulması faktı ilə bağlı bir nəfər saxlanılıb. Qurum təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə müraciət edib.
XEBER.GE xeber verir ki, prokurorluğun bəyanatında bildirilir:
“Kaxeti Regional Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkənin şəxsi həyatının sirrini əks etdirən videonu qanunsuz əldə edərək mobil telefonunda saxlayıb və daha sonra qanunsuz şəkildə yayıb”.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prima maddəsinin birinci hissəsi (şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və yayılması) ilə ittiham irəli sürülüb.
Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.