Şərqi Gürcüstanda güclü qar və çovğun gözlənilir
Gürcüstan Milli Ətraf Mühit Agentliyi yaxın sutka üçün gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Xeber.ge xəbər verir ki,
Qeyd olunub ki, güclü qar yağışı, görmə məsafəsinin azalması, çovğun və buzlanma səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyula bilər.
Sürücülərə və vətəndaşlara ehtiyatlı olmaq, xüsusilə dağlıq istiqamətlərdə hərəkət edərkən mövcud qaydalara riayət etmək tövsiyə olunur.