Şəhid Seyyid Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib

Jul 9, 2026 - 12:49
Jul 9, 2026 - 12:56
 0  47
Şəhid Seyyid Əli Xameneinin cənazəsini daşıyan təyyarə Məşhədə enib

İranın  Ali Rəhbəri  Şəhid Seyyid Əli Xamenei bu gün dəfn olunacaq.

 
XEBER.GE xəbər verir ki, Şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsini və ailə üzvlərini daşıyan təyyarə bir müddət əvvəl Məşhəd şəhərindəki Şəhid Haşimi Nejad Hava Limanına enib.

Şəhid Ayətullah Xameneinin dəfn mərasiminin Təşkilat Komitəsindən bildirilib ki, İraqda, xüsusilə Nəcəf və Kərbəlada keçirilən vida və dəfn mərasimlərinə böyük izdihamın qatılması səbəbindən cənazənin Məşhədə gətirilməsində gecikmə yaranıb.

Buna görə də qarşılama və dəfn mərasimi əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 08:00-da deyil, bu gün saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Şəhid Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimi bu gün Məşhəd şəhərində keçiriləcək, onun cənazəsi İmam Rza hərəminin ərazisində torpağa tapşırılacaq.

mənbə: apa.az