Aleko Eliaşvilini həbs etdi

Nov 29, 2025 - 11:53
Nov 29, 2025 - 11:57
 0  12
Aleko Eliaşvilini həbs etdi

 

Xeber.ge xeber  verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, cari ilin 29 noyabr tarixində, sübh tezdən Aleksandre Eliaşvili paltarını dəyişərək çəkic istifadə edib Tbilisi Şəhər Məhkəməsinin İdarə binasının xarici fasadının şüşələrini qırmış, binanın daxili hissəsinə daxil olmuş, ətrafa, o cümlədən ofis ləvazimatlarına, texnikaya və sənədlərə benzin tökərək binanı yandırmağa cəhd etmişdir.

"Hadisə yerində ona Məhkəmə Müvəkkilləri Xidmətinin nümayəndələri müdaxilə ediblər. Eliaşvili onlara özünəməxsus odlu silahla qarşı çıxıb və fiziki zərər vurub. Göstərilən müqavimətə baxmayaraq, Aleksandre Eliaşvili müvəkkillər tərəfindən hadisə yerində həbs edilib.

Qarşıdurmə zamanı aldığı zədələr səbəbilə Məhkəmə Müvəkkilləri Xidmətinin bir nümayəndəsi tibb klinikasına aparılıb. Həbsi zamanı müqavimət göstərdiyi üçün Aleksandre Eliaşvili də zədələnib" - ifadə olunur departamentin bəyanatında.

Polis cinayətin törədilməsində istifadə olunan silahları müsadirə edib. Hazırda araşdırma Cinayət Məcəlləsinin 19-187-ci maddəsi ilə aparılır.