Rustavidə məktəb həyətində bıçaqlanma

Mar 14, 2026 - 13:47
 0  13
Rustavidə məktəb həyətində bıçaqlanma

Gürcüstanın Rustavi şəhərində yeniyetmələr arasında baş verən mübahisə qanlı qarşıdurma ilə nəticələnib.

Hadisə şəhərin XXI mikrorayonunda yerləşən 22 nömrəli məktəbin həyətində qeydə alınıb.

Xeber.ge xeber  verir ki, "İnfo Rustavi" nəşrinin yaydığı məlumata əsasən, azyaşlılar arasında başlayan şifahi mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Dava zamanı iki yeniyetmə soyuq silahla  bədən xəsarətləri alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və kriminal polisin əməkdaşları cəlb olunub.

Yaralılar dərhal "Rustavi Klinikası"na yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, hər iki pasiyentə zəruri tibbi yardım göstərilib, hazırda onların həyatı üçün hər hansı təhlükə yoxdur.

Mövcud məlumatlara görə, polis artıq cinayəti törədən şəxsin şəxsiyyətini müəyyənləşdirib və o, cinayət başında ifşa olunub. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən istintaq tədbirləri başladılıb. Münaqişənin hansı səbəbdən baş verdiyi araşdırılır.