Gürcüstanda hava kəskinləşir – Sel və uçqun xəbərdarlığı

Mar 14, 2026 - 13:55
 0  8
Gürcüstanda hava kəskinləşir – Sel və uçqun xəbərdarlığı

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Xeber.ge xeber  verir ki, ölkə ərazisində güclü külək, yağıntı və uçqun təhlükəsi gözlənilir.

Agentliyin məlumatına əsasən, martın 15-də Kolxeti ovalığı və Yuxarı İmereti ərazisində şərq küləyinin sürətinin arabir saniyədə 25-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Martın 16-da isə ölkə ərazisinin böyük hissəsində yağıntılı hava şəraiti üstünlük təşkil edəcək. Yüksək dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə duman, çovğun və qar uçqunu təhlükəsinin olacağı bildirilir.

Güclü qar, çovğun, görmə məsafəsinin pisləşməsi və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ehtimalı var. Sürücülərə ehtiyatlı olmaq tövsiyə edilir.

Gözlənilən güclü yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin artmasına səbəb ola bilər. Eyni zamanda, təpəlik və dağlıq zonalarda torpaq sürüşməsi və sel proseslərinin aktivləşməsi riski mövcuddur (təhlükə səviyyəsi orta hesab olunur).