Rusiyada Vatsap və Yutub birdəfəlik bloklandı

Feb 12, 2026 - 14:05
 0  2
Rusiyada Vatsap və Yutub birdəfəlik bloklandı

Rusiyada Vatsap messenceri və Yutub videohostinq platforması birdəfəlik bloklanıb.

Bu xidmətlərə yalnız VPN vasitəsilə daxil olmaq mümkündür.

Bloklama domenlərin Rusiyanın Milli Domen Adları Sistemindən çıxarılması səbəbindən baş verib. Nəticədə, dövlətə məxsus DNS-serverlərdən istifadə edən istifadəçilər üçün bu platformalar əlçatmaz olub.

Qeyd edək ki, bundan öncə Teleqrama giriş məhdudlaşdırılmışdı.

mənbə: axar