Rusiyada OMON məscidə belə soxuldu - VİDEO
OMON əməkdaşları Rusiya Daxili İşlər Nazirliyindən olan həmkarları ilə birlikdə Elektrostalda müsəlman dini qurumunda genişmiqyaslı yoxlama aparıblar.
Xeber.ge xəbər verir ki,
Görüntülərdə təhlükəsizlik qüvvələrinin məscidə daxil olduğu və içəridəkilərin sənədlərini yoxladığı görünür.
Agentliyin məlumatına görə, Karl Marks küçəsində yerləşən qurumda yoxlama aparılıb. Orada missionerlik fəaliyyəti qaydaların pozulması ilə həyata keçirilib və iştirakçılardan 16-sı Rusiyada qeyri-qanuni olub.
209-u əcnəbi olmaqla ümumilikdə 575 nəfər yoxlanılıb. 37 nəfər yerli hərbi komissarlığa aparılıb. Məlum olub ki, onlardan 34 nəfəri hərbi xidmət üçün qeydiyyatdan keçməyib və bu barədə çağırış vərəqələri alıb.
mənbə: publika.az