Artıq rəsmi: Gürcüstan vətəndaşlarının pasportlarında barmaq izləri olacaq
Barmaq izləri məlumatı, digər şəxsi məlumatlar kimi, məxfi hesab olunur və ifşa edilə bilməz.
Gürcüstan Parlamenti sənədlərdə barmaq izlərinin də yer alacağı yeni pasport və şəxsiyyət vəsiqəsi buraxılması qaydalarını üçüncü və son oxunuşda təsdiqlədi.
Xeber.ge xəbər verir ki,
Hal-hazırda şəxsiyyət vəsiqələrində ad, soyad, doğum tarixi, doğum yeri və pasport verən orqan haqqında məlumatlar qeyd olunur. Bundan əlavə, hər bir Gürcüstan vətəndaşının və ya qalmaq haqqı almış şəxsin bank hesabları, sürücülük vəsiqəsi və mülkiyyət məlumatları da daxil olmaqla şəxsi məlumatlarının bağlandığı xüsusi unikal şəxsi nömrəsi var.