Rusiya Ukraynada vuruşan iki gürcü döyüşçünü qiyabi olaraq 14 il azadlıqdan məhrum edib

May 20, 2025 - 14:35
 0  45
Rusiya Ukraynada vuruşan iki gürcü döyüşçünü qiyabi olaraq 14 il azadlıqdan məhrum edib

Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, məhkəmə Ukraynada döyüşmüş Gürcüstan vətəndaşı Tornike Qoquadzeyə qiyabi olaraq 14 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Onun barəsində qərar Rusiya Cinayət Məcəlləsinin 359-cu maddəsinin 3-cü bəndinə əsasən qəbul olunub. Həmin maddə muzdlu döyüşçünün silahlı münaqişədə iştirakını nəzərdə tutur. İstintaq Komitəsinin açıqlamasına görə, Qoquadze 2022-ci ilin mart ayında Ukraynaya gedib və orada silahlı münaqişəyə qatılıb.

Bundan əlavə, Rusiyanın işğal altında saxladığı və nəzarət etdiyi Donetskdəki qondarma “xalq respublikası”nın ali məhkəməsi Gürcüstan vətəndaşı Ambako Soziaşviliyə də qiyabi olaraq 14 il həbs cəzası verib. 25 yaşlı Soziaşvili 2022-ci ildə Ukraynada döyüşən Gürcü Legionuna qoşulmuşdu.

mənbə: marneulifm