Qəzzaya qarşı müharibədə şəhid olanların sayı 50082-yə çatıb

Mar 25, 2025 - 10:44
 0  29
Qəzzaya qarşı müharibədə şəhid olanların sayı 50082-yə çatıb

Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi açıqlamasında son 24 saat ərzində daha 61 şəhidin cənazəsinin xəstəxanalara köçürüldüyünü açıqlayıb.

Xeber.ge xəbər verir ki, nazirlik əlavə edib ki, bu yaxınlarda dağıntılar altından dörd şəhidin cəsədi çıxarılıb, İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına təşkil etdiyi hücumlarda 57 nəfər şəhid olub.

Bu hücumlarda 134 fələstinli də yaralanıb.

11 mindən çox insan itkin düşüb və Qəzza zolağında dağıntılar altında qalıb.

Belə ki, sionist işğalçı rejimin 2023-cü il oktyabrın 7-dən Qəzzəyə qarşı apardığı soyqırım müharibəsində şəhid olanların sayı 50082 nəfərə, yaralıların sayı isə 113 min 408 nəfərə çatıb.

mənbə: iqna