Türkiyədə vəziyyət necədir? - Video

Mar 25, 2025 - 10:30
 0  40
Türkiyədə vəziyyət necədir? - Video

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyədə etiraz aksiyaları davam edir.

Xeber.ge xəbər verir ki, ötən gün də İstanbulun tarixi bölgəsi Saraçhanedə aksiyalar keçirilib. Aksiyalarda etirazçılara müdaxilədən sonra onlar İBB binasına sığınıblar.

Polis şüarlar səsləndirərək Bozdoğan Kemerinin qarşısına gələn qrupun Taksimə doğru yürüş etməsinə icazə verməyib.

Həmçinin minlərlə insan Ankarada yerləşən Kızılaydakı Güvenparkda da aksiyalar təşkil ediblər. 

İstanbul və Ankaradakı etiraz aksiyalarından görüntüləri təqdim edirik:

mənbə: qafqazinfo.az