Qoridə polis məmuru ölü tapıldı

Jun 7, 2026 - 13:16
 0  21
Qoridə polis məmuru ölü tapıldı

Qori Rayon Polis İdarəsinin itkin düşmüş əməkdaşının tapılması istiqamətində həyata keçirilən axtarış əməliyyatı faciə ilə başa çatıb.

Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu rəsmi məlumat yayıb.

Rəsmi bəyanata əsasən, Daxili İşlər Nazirliyinin Qori Rayon İdarəsinin detektivi bu gün Qori bələdiyyəsinin Ateni kəndində ölü olaraq tapılıb .

Faktla bağlı Şida Kartli və Mtsxeta-Mtianeti Regional Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

Baş Prokurorluq bəyan edir ki, hazırda hadisə yerində və asayiş keşikçisinin cəsədinin tapıldığı ərazidə işin real səbəblərinin müəyyənləşdirilməsi məqsədilə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.