Xaraqaulidə itkin düşmüş 3 çoban axtarılır
Xaraqauli rayonunun Xidari kəndində üç nəfərin axtarış-xilasetmə işləri davam edir.
Onlar mal-qaranı otarmaq üçün Sakraula dərəsinə aparıblar və daha sonra əlaqə kəsilib.
Rayon meriyasının mətbuat xidmətinin verdiyi məlumata görə, artıq iki nəfərin – Tariel Xetsadze və Qriqol Beradzenin koordinatları müəyyən edilib. Hazırda isə Merab Koçadzenin olduğu yer müəyyənləşdirilir.
Axtarış-xilasetmə əməliyyatına Gürcüstan Müdafiə Nazirliyinin qüvvələri və Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə dron vasitəsilə monitorinq aparılır.
Məlumata görə, itkin düşən şəxslər bir-birindən təxminən 3 kilometr məsafədə yerləşir. Bölgədə qar örtüyünün hündürlüyü 3 metrə çatır.
Həmçinin, kəndin təşəbbüs qrupu ərazidə yol açmaq üçün səylər göstərir. Axtarış işləri davam etdirilir.
mənbə: Interpress