Qonşu qonşusunu qətlə yetirdi

May 22, 2025 - 13:47
 0  57
Qonşu qonşusunu qətlə yetirdi
: :
playing

Kutaisidə, Çançibadze küçəsində qonşular arasında baş verən mübahisə qətlə nəticələnib.

Məlumata görə, öldürülən 55 yaşlı şəxsdir.

Məlumata görə, o qonşusunun həyat yoldaşı – 35 yaşlı qadına SMS mesajlar göndərib.

Bu faktı qadının əri öyrəndikdən sonra qonşunu bu hərəkəti təkrarlamamağa çağırıb. Qətlin baş verdiyi gecə zərərçəkmiş, onu qətlə yetirməkdə şübhəli bilinən şəxsin evinə gedib və tərəflər arasında qanlı qarşıdurma baş verib.

Hadisə ilə bağlı istintaq aparılır. Təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri bu gün məhkəmədə müzakirə olunacaq.

Qətl hadisəsi 19 may tarixində baş verib.

mənbə: interpress