Qardabanidə kustar üsulla quraşdırılmış heyvan kəsimi məntəqəsi aşkar edilib
Qoruma Qida Agentliyi Qardabanidə kustar üsulla quraşdırılmış qanunsuz heyvan kəsimi məntəqəsi aşkar edib .
XEBER.GE xeber verir ki, məlumatı Qida Təhlükəsizliyi Agentliyi (SESA) yayıb.
SESA-nın məlumatına görə, Aşağı Kartli Departamentinin inspektorları dövlət nəzarəti çərçivəsində fərdi sahibkar E.G.-yə məxsus (ünvan: Qardabani rayonu, Sartiçala kəndi) heyvan kəsimi məntəqəsini yoxlayıb və aşkar edilmiş pozuntulara görə istehsal prosesini dayandırıblar.
Açıqlamaya görə, qeyd olunan pozuntular səbəbindən sahibkar cərimələnib və istehsalat prosesi dayandırılıb.
Qida Təhlükəsizliyi Agentliyi Qardabanidə kustar üsulla quraşdırılmış heyvan kəsimi məntəqəsi aşkar edib.
Kvemo Kartli Departamentinin inspektorları dövlət nəzarəti çərçivəsində fərdi sahibkar E.G.-yə məxsus (ünvan: Qardabani rayonu, Sartiçala kəndi) heyvan kəsimi məntəqəsini yoxlayıb və aşkar edilmiş pozuntulara görə istehsal prosesini dayandırıblar.
İnspeksiyanın nəticəsində obyektdə təkrarən kritik uyğunsuzluqlar qeydə alınıb. Bundan əlavə, məlum olub ki, biznes-operator məcburi tanınma və İqtisadi Fəaliyyətlər Reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərib.
Qeyd olunan pozuntular səbəbindən sahibkar cərimələnib və istehsalat prosesi dayandırılıb.
Qida Təhlükəsizliyi Agentliyi dövlət nəzarətini gündəlik rejimdə həyata keçirir. Pozuntular aşkar olunduğu təqdirdə, Agentlik qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görür – bəyanatda qeyd olunub.