Qadın qaçırıldığına görə Bolnisidə iki nəfər saxlanılıb
 
                    Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Bolnisi rayon polis idarəsinin əməkdaşları
iki nəfəri — 1998-ci il təvəllüdlü B.İ.-ni və 1995-ci il təvəllüdlü Q.İ.-ni isti izlərlə həyata keçirilən operativ-axtarış və istintaq tədbirləri nəticəsində saxlayıblar.
Onlar qadını evlənmək məqsədilə qaçırmaqda və azadlıqdan qanunsuz məhrumetməkdə ittiham olunurlar.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır ki, bu da bir qrup şəxs tərəfindən törədilmiş qanunsuz azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            